07 Avqust 2022 00:40
433
CƏMİYYƏT
A- A+

Şəhid uşaqları üçün yay düşərgəsinin birinci mərhələsi yekunlaşıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsinin birinci mərhələsi başa çatıb.

70 nəfərdən ibarət ilk qrup 29 iyul - 3 avqust tarixlərində Qubada yerləşən istirahət mərkəzində dincəliblər.

Bu müddət ərzində şəhidlərimizin övladları rayonun tarixi və gəzməli yerlərinə ekskursiya ediblər. Həmçinin bir sıra əyləncəli interaktiv təlimlərdə ("Axtar-tap", "Bionika", "Ebru", "Mini Survivor" və s.) iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Düşərgədə onlarla interaktiv oyunlarla yanaşı, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil edilib.

Düşərgənin son günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi əyləncəli idman oyunları və "Xəmsə" intellektual təlimində iştirak edərək sertifikatlar əldə ediblər.

Növbəti mərhələdə daha 70 nəfər yay düşərgəsinə yola salınacaq.

Layihə ümumilikdə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video