27 Noyabr 2022 01:38
2582
Oxucu məktubları
A- A+

Şəhid oğlumun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığımı bildirirəm

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci ilin noyabrında 30 illik işğala son qoydu. Ordumuzun əsgər və zabitlərinin əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə ilə "Dağlıq Qarabağ münaqişəsi" tarixə qovuşdu. 44 günlük bu haqq savaşında Azərbaycan Ordusu hərb tariximizə  zəfər səhifələrini yazdı. 
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən övladlarından biri də mənim oğlum leytenant Məhəmməd Məmmədov oldu. Həmin qanlı-qadalı günlərdən iki il ötsə də, xalqımız şəhid oğullarımızı, o cümlədən Məhəmmədi heç vaxt unutmur. Rayonumuzda oğlumun adının əbədiləşdirilməsi üçün  müxtəlif tədbirlər görülür. 
Elə bu günlər BDU-nun Qazax filialının təşəbbüsü və dəstəyi ilə oğlumun qəhrəmanlıqlarından bəhs edən "Adını tarixə yazdı" adlı kitabın təqdimatı keçirildi. Təqdimatda çıxış edənlər Məhəmmədin göstərdiyi igidliklərdən, onun necə bir vətənpərvər oğul olmasından söz açdılar. İgid oğlumun ünvanına söylənən hər bir söz mənə qol-qanad verdi.   
Oğlum Məhəmməd Məmmədovun göstərdiyi igidliklər dövlət başçısı tərəfindən də layiqincə qiymətləndirilib. O, "Vətən uğrunda",  "Laçının azad olunmasına görə",  "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif olunub. 
Oğlumun xatirəsini əziz tutanların hər birinə, xüsusilə Ali Baş Komandan  İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Zakir MƏMMƏDOV,
Qazax rayonunun Alpout kənd sakini 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video