26 Yanvar 2022 15:06
778
SİYASƏT
A- A+

Səfir: İndiyədək Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün təkliflərini veriblər

İndiyədək Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün təkliflərini irəli sürüblər.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, bu sahələrə kənd təsərrüfatı, tikinti materialları istehsalı, dəmir yolu xəttinin, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərdən neçəsinin müraciətinin qəbul olunacağı hələlik məlum deyil.

Səfir, həmçinin deyib ki, bu il Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. “Bununla bağlı Tədbirlər Planı artıq hazırdır. Biz bu məsələ ilə yaxından məşğul oluruq. Ən yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulur”, - deyə Mixail Boçarnikov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video