09 Oktyabr 2013 01:10
461
PARLAMENT
A- A+

Seçkiqabağı təbliğat kampaniyası beynəlxalq normalara uyğun keçirilib

 

Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov bu gün Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvləri ilə görüşüb.

Oqtay Əsədov qonaqları səmimiyyətlə salamlayaraq deyib ki, MDB-yə daxil olan dövlətlər demokratik inkişaf yolu seçmiş gənc dövlətlərdir. Bu ölkələrdə keçirilən seçkilər ildən-ilə təkmilləşir və xalqın iradəsinin daha dolğun ifadə olunmasına yeni imkanlar yaradılır. Sədrin sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün yüksək səviyyəli şərait yaradılmış, seçki məntəqələrinin 20 faizində veb kameralar quraşdırılmışdır ki, bu da dünyanın istənilən ölkəsindən seçki prosesini izləməyə imkan verəcəkdir. Azərbaycan tolerant ölkədir və burada yaşayan milli azlıqların səsvermədə iştirakı üçün də bütün lazımi tədbirlər görülüb.

Sədr MDB PA-nın üzvlərinə işlərində uğurlar arzulayıb və bu seçkilərdə onların ədalətli müşahidə aparacağına əmin olduğunu bildirib.

Səmimi görüş üçün təşəkkürünü bildirən MDB PA-nın müşahidə missiyasının rəhbəri Oleq Lebedyev deyib ki, missiya üzvləri bir sıra seçki məntəqələrinə baş çəkiblər və seçkiyə hazırlığın vəziyyəti ilə yaxından tanış olublar. Seçki məntəqələrinin yüksək səviyyədə hazırlandığını bildirən O.Lebedyev seçki ərəfəsindəki təbliğat kampaniyasının da beynəlxalq normalara uyğun olaraq keçirildiyini nəzərə çatdırıb.

Sonra Milli Məclisin Sədri missiyaya daxil olan Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstan təmsilçilərinin suallarını cavablandırıb.

 

Elgün MƏNSİMOV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video