07 Dekabr 2022 17:48
259
Mədəniyyət
A- A+

Sankt-Peterburqda “Şuşa-270” mövzusunda tədbir

 

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanın Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Sreda” gənclər mərkəzində baş tutan tədbir “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” muxtar qeyri-kommersiya təşkilatı və “Simurq” Azərbaycanlı Gənclər Assosiasiyası tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə, “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” muxtar qeyri-kommersiya təşkilatının direktoru Eldar Əlizadə, mərkəzin sədri Nicat Bayramlı və “Simurq” Azərbaycanlı Gənclər Assosiasiyasının sədri Fuad Məmmədov iki il öncə Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən, hazırda ölkəmizin mədəniyyət paytaxtında aparılan bərpa-quruculuq işlərindən danışıblar.

Mədəniyyət gecəsi U.Söhbətovanın “Qarabağın ilham pərisi”, E.Əlizadənin “Şuşanın tarixi” və S.Kayanın “Şuşa Bəyannaməsinin regional təhlükəsizlikdə əhəmiyyəti haqqında” məruzələrin təqdim olunması ilə davam edib.

Onlayn formatda tədbirə qatılan İkinci Qarabağ müharibəsinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu Əfqan Zaxmayev tədbir iştirakçıları ilə döyüş təəssüratlarını bölüşüb.

Tədbir zamanı “Şuşa” şeiri səsləndirilib, Şuşaya həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video