28 Yanvar 2023 13:28
322
CƏMİYYƏT
A- A+

Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb

 

İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 27-dən start götürən qar polosu üzrə dünya kuboku yarışlarında ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə “Land of Fire” komandası təmsil edir.

Yarışların ilk turunda komandamız yarımfinala vəsiqə qazanıb və “Land of Fire” bu qələbəni Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının qarşısını alarkən həlak olmuş baş leytenant Orxan Əsgərovun xatirəsinə həsr edib.

Yanvarın 29-dək davam edəcək yarışlar çərçivəsində turniri yüzlərlə tamaşaçı izləyəcək və bu günlər ərzində qonaqlara Azərbaycan pavilyonunda ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanları barədə məlumatlar təqdim olunacaq, eksponatlar sərgilənəcək. Pavilyonun ilk günündə milli geyimlər, xalça və ipək sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, eləcə də 150 illik tarixi olan kəlağayı maraqla izlənilib. Pavilyonda Azərbaycan ərazisindəki müxtəlif arxeoloji tapıntılar, qədim sənət növləri, o cümlədən dulusçuluq nümunələri sərgilənir və dulusçuluq üzrə ustad dərsləri təşkil olunur.

İzləyicilərə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilir.

Qonaqlar burada Azərbaycan mətbəxi ilə tanış ola və ləziz təamların dadına baxa bilərlər. Pavilyonda Azərbaycanın müxtəlif milli brendləri də təmsil olunur. Belə ki, ölkəmizdəki üzümçülük və şərabçılığın tarixindən məlumat verilir və qonaqlar “Meysəri” brendinin şərablarından dada bilir. Eləcə də “Resm” brendinin, “İRS” qalereyasının tarixi ənənələri yaşadan müasir sənətkarlıq nümunələri olan zinət əşyaları və “AzərGold” QSC tərəfindən təqdim olunmuş qızıl və gümüş sikkələr sərgilənir.

Bu gün isə ənənəvi “Baku-Moritz night” gecəsi təşkil olunacaq. Tədbir zamanı “Baku-Moritz Polo Award” mərasimi keçiriləcək. Mərasimdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada yaşayan tanınmış azərbaycanlı pianoçu Etibar Əsədli gecənin xüsusi dəvətlisi kimi çıxış edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video