27 Yanvar 2022 00:20
255
İQTİSADİYYAT
A- A+

Samuxda yeni məktəb binası istifadəyə verilmişdir

 

Samux rayonunda Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbi üçün inşa edilmiş yeni binanın açılışı olmuşdur.

Təhsil nazirinin müavini Muxtar Məmmədov və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin iştirak etdikləri açılışda qeyd olunmuşdur ki, yeni tikilən təhsil müəssisəsi 624 şagirdlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 24 sinif otağı, məktəbəhazırlıq və fənn kabinələri, həmçinin laboratoriyalar, informatika, akt və idman zalları, kitabxana və yeməkxana mövcuddur. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnal sistemləri, internet və telefon xətləri də çəkilmişdir.

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video