04 May 2023 10:35
915
Mədəniyyət
A- A+
Şair, alim və ilk ədəbiyyat tarixçisi

Şair, alim və ilk ədəbiyyat tarixçisi

 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından və XX əsrin birinci yarısı ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış nümayəndələrindən biri də Mikayıl Rəfilidir. Əlli üç illik həyatının ən kamil çağlarını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbiyyat tarixinin araşdırılmasına həsr etmişdir.  O, yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqının çox yerində respublikamızı layiqincə təmsil edən elm adamı kimi də tanınırdı.
Mikayıl Həsən oğlu Rəfili 1905-ci ildə respublikamızın Gəncəbasar bölgəsində - Goranboy rayonunun Borsunlu kəndində zəngin ailədə dünyaya göz açmışdır. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə Yelizavetpol klassik gimnaziyasında alan Mikayılın bədii yaradıcılığa həvəsi bu şəhərdə oxuduğu yeniyetməlik illərinə təsadüf edir. İlk yazıları "Mikayıl Rəfizadə" imzası ilə oxuculara tanışdır. "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi 1919-cu ildə "Əfkari mütəəllimin" jurnalında işıq üzü görmüşdür.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri vəzifəsində çalışmış M.Rəfili ziyalı olaraq kəndin  mədəni həyatında  fəallıq göstərmiş, həmçinin "Rosta" qəzetində müxtəlif  məzmunlu yazılarla çıxış etmişdir. 
Mikayıl Rəfili təhsilini davam etdirmək məqsədilə Bakıya gələrək Azərbaycan Politexnik İnstitutuna daxil olur. Bu zaman həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsinin dinləyicisi olaraq bilik və bacarığını artırır. 
Mikayıl Rəfili "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir. 1926-1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edən, qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən Mikayıl Rəfili jurnalda çalışarkən Gəncə ədəbi mühitindən  tanıdığı, istiqlal şairi Əhməd Cavadla, Mikayıl Müşfiqlə yaxından tanış olur.  Bir müddətdən sonra Moskvaya üz tutan 22 yaşlı Mikayıl Rəfili Moskva Dövlət Universitetində  təhsil alarkən Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru olub. Sonra Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri, 1929-cu ildə Ümumittifaq proletar yazıçıları I qurultayının nümayəndəsi seçilib. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının dosenti, "Bakinskiy raboçi" qəzetində Mədəniyyət şöbəsinin müdir müavini işləyib, SSRİ  Yazıçılar İttifaqının təşkilat komitəsinin üzvü olub.  Habelə yüzlərlə elmi məqalə, Qorki, Mayakovski, Serafimoviç  haqqında  monoqrafiyalar, 3 poema, 1 kinossenari, 1 pyes qələmə alıb. 15 kitab yazıb, 17-sini ustalıqla tərcümə (bu gün də maraqla oxunan "Səfillər" , "Paris Notrdam" kilsəsi", "Dirilmə", "Baxçasaray fontanı", "Qorio ata", "Qobsek" və s.) edən belə bir azman təfəkkür sahibi, elm, ədəbiyyat, mədəniyyət korifeyi xidmətləri müqabilində "Şərəf nişanı ordeni" və bir neçə medalla təltif edilib.
Filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli tədqiqatlarında göstərir ki, "böyük türk şairi Nazim Hikmətin o zaman Moskvada tanış olduğu ilk azərbaycanlı şair-alim  Mikayıl Rəfili idi. Sonralar bu tanışlıq əsl dostluğa çevrildi". Nazim Hikmət məktublarının birində "Şair ola bilərdin, professor oldun" deməklə, Mikayıl Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına işarə edir. Mikayıl Rəfili doğrudan da şair idi, sadəcə olaraq, elmi yaradıcılıqla müntəzəm məşğul olduğundan, bir müddət şeirin daşını atmışdı. Yalnız ömrünün son illərində bir daha şeir, hətta "Mingəçevir" adlı poema da yazmışdı. Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini  bu misralarla ifadə etmişdi: "Qarşımda əksin. Əlimdə sadə bir qələm. Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları. Sən Nazim Hikmətsən, Mən - sadə bir tələbən".
1936-cı ildən başlayaraq qəti olaraq elm yolunu tutan Mikayıl Rəfili 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alır, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə edir. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin professoru olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, "Səbuhi" ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazmışdır. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Mikayıl Rəfili qısa ömründə çox böyük yaradıcılıq uğurlarına imza atsa da, ağır repressiya illərində məşəqqətlərlə  üzləşmiş, təzyiq və təqiblərə məruz qalmışdır. 1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclasının gündəliyinə "Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə" məsələ salınmış və daşnak Levon Arustamov adlı birisinin məlumatı əsasında Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Azərbaycan Pedaqoji İnstitutundan uzaqlaşdırılmışdır. Həmin iclasdan sonra "Kirpi" jurnalının növbəti nömrəsində Mikayıl Rəfili haqqında karikatura dərc edilmişdir. O, qoltuğunda böyük və qırmızı bir xoruzla iri addımlarla yeriyirdi. Kənarda dayanmış bir neçə nəfər "xoruzunu qoltuğuna verdilər" deyir. Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən əl çəkmirlər. "Ədəbiyyat qəzeti"ndə onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc edilir. Onu gah "mülkədar oğlu", gah da "sovet yazıçıları sırasına soxulan bir adam", "ictimai mənsubiyyətcə yabançı", "əks-inqilabi bir təşkilatın üzvü" kimi qələmə verirlər. Ölkədə baş alıb gedən repressiyaların qızğın çağında Mikayıl Rəfili həmin böhtanlardan xilas olsa da, qardaşı Rəfi həbs olunur, yaxın qohumları təqib və təzyiqlərə məruz qalırlar.
1937-ci ilin payızında o, məcbur qalıb respublikanın rəhbəri Mircəfər Bağırova məktub yazır, üzləşdiyi haqsızlıqdan, daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən söz açır.
Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktub yazır. Bağırov "mülkədar oğlu" tənəsi ilə üzləşən Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin yayında işinə bərpa olunur.
Ədəbiyyatşünas alim 1938-1947-ci illərdə respublikada Nizami Gəncəvi ilə bağlı tədbirlərin həyata keçirilməsinin baş icraçısı təyin olunmuş, Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov və başqaları haqqında mükəmməl tədqiqatlar aparmışdır. Bundan sonra da qara qüvvələr ondan əl çəkməmiş, onu məhv etmək üçün hər cür üsullara əl atmışlar.
M.Rəfili beş şeir kitabının müəllifidir və bunları 1929-1936-cı illərdə nəşr etdirmişdir. Ədəbiyyatşünas alim "Sərbəst şeir haqqında ilk söz", "Mədəni ədəbiyyat yolunda", "Ədəbi irsə diqqət", "Nizami Gəncəvi", "M.F.Axundov və siyasi-fəlsəfi görüşləri", "Azərbaycan xalqının zəngin ədəbi keçmişini öyrənək", "Midiya dövləti", "Zülmət içində bir nur" ("Ölülər" pyesi haqqında), "Vis və Ramin" problemi", "Nizami", "M.F.Axundov", "Mirzə Şəfi və dünya ədəbiyyatı" və digər kitablarında, onlarla məqaləsində müxtəlif problemləri qaldırmışdır.
Mikayıl Rəfilinin yüz əlliyə yaxın məqaləsi və ondan artıq kitabı rus dilində Moskva və Bakı nəşrlərində sərhədləri aşmışdır.
Xalq yazıçısı Anar çox doğru olaraq qeyd edir ki: "M.Rəfilinin Azərbaycan ədəbiyyatşünaslığı, ədəbiyyat tariximiz sahəsində gördüyü iş əvəzsizdir. Onun zəngin elmi irsi mədəniyyət tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu doğma ədəbiyyatımıza və daha geniş götürsək, doğma xalqımıza, onun inkişafına, dünyagörüşünün genişlənməsinə, daha artıq maariflənməsinə, mədəniləşməsinə xidmət etmişdir".
Bütün varlığı ilə xalqına bağlı olan görkəmli şəxsiyyət Mikayıl Rəfili 1958-ci il aprelin 25-də, yəni 53 il əvvəl dünyaya gəldiyi gündə əbədiyyətə qovuşmuşdur.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!