07 Iyun 2022 00:24
2094
Oxucu məktubları
A- A+

Sahibkarlara müraciət olunsa da...

 

"Azərbaycan" qəzetinin 31 mart 2022-ci il tarixli sayında dərc edilmiş "35-ə yaxın dağ kəndinin əhalisi avtobussuz qalıb" sərlövhəli yazı ilə əlaqədar Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Cəlil Baxşıyevdən redaksiyamıza cavab məktubu daxil olmuşdur. Məktubda bildirilir:

"Dəstər kənd inzibati ərazi dairəsinə 4 yaşayış məntəqəsi daxildir. Ərazi üzrə 461 təsərrüfatda 2067 nəfər vətəndaş yaşayır. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2018-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Dəstər kənd inzibati ərazi dairəsinin mərkəzindən keçən 27 kilometrlik Piran-Hamarat-Vijaker avtomobil yolu inşa edilmişdir. Əvvəllər böyük çətinliklə qət edilən avtomobil yolunda indi bütün növ maşınlar rahat hərəkət edir. Yolun rahatlığı nəzərə alınaraq təkcə bu ərazidən Bakı, Sumqayıt və digər şəhərlərə 4 mikroavtobus gündəlik olaraq sərnişindaşıma xidmətini həyata keçirir.

Əlavə olaraq bildiririk ki, 87 min nəfər əhalinin yaşadığı Lerik rayonu 162 yaşayış məntəqəsini özündə birləşdirir. Kəndlərimizin heç birinə marşrut avtobusları işləmir. Sərnişinlərin daşınması ancaq şəxsi maşın sahibləri tərəfindən həyata keçirilir. Rayonumuzdan Bakı, Sumqayıt və ölkənin digər rayon və şəhərlərinə 100-dən artıq marşrut mikroavtobusları gündəlik işləyir.

Yaşayış məntəqələrindən sərnişinlərin daşınmasının həyata keçirilməsi üçün rayon icra hakimiyyəti "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.2 yarımbəndinə uyğun olaraq rayonda yaşayan sahibkarlara marşrut xətlərinin açılmasından ötrü avtobus və ya mikroavtobusların alınmasını təklif etsə də, sərnişin daşınmasında intensivliyin olmaması nəzərə alınaraq məsələ ilə bağlı rayon icra hakimiyyətinə müraciət edən olmamışdır.   

Gələcəkdə hər hansı fiziki və hüquqi şəxsdən belə bir müraciət daxil olarsa, marşrut xətlərinin açılmasına qanunamüvafiq qaydada köməklik göstəriləcəkdir".

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video