19 Iyun 2022 00:33
703
Elm və texnika
A- A+

Sahibinin monitorinqini aparan saat

 

"Huawei" "Watch GT 3 Pro" smart saatı ilə "Band 7" smart qolbağını təqdim edib.

"Watch GT 3 Pro"nun gövdəsi premium materiallardan hazırlanıb və istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş çoxlu sayda sensor ilə təchiz olunub. Saat iki versiyada satışa çıxarılacaq. Onlardan birinin gövdəsi 46, digərininki isə 43 millimetr ölçüyə malikdir. 46 mm-lik modelin gövdəsi titandan, 43 mm-lik isə keramikadan hazırlanıb. Hər iki model yaqut şüşəylə örtülüb. Sözügedən modellər ekran və gövdə ölçülərindən əlavə olaraq çalışma müddətləri ilə də bir-birindən fərqlənirlər. Belə ki, 46 mm-lik ölçüyə sahib model adi istifadə rejimində 14 gün, intensiv istifadə rejimində isə 8 gün çalışa bilir. 43 mm-lik ölçülü model adi istifadə rejimində 7, intensiv istifadə rejimində isə 4 gün çalışır.

Saatlar ürək döyüntüsü tezliyini, qandakı oksigen miqdarını ölçə bilir. Bununla yanaşı, onların elektrokardioqrafiya və termometr sensorları da var. "Watch GT 3 Pro" həmçinin istifadəçinin yuxu keyfiyyətinin və stres səviyyəsinin də monitorinqini apara bilir. Smart saat 100-dən çox idman növünün dəstəyinə sahibdir. Onun vasitəsilə smartfondakı musiqi pleyerini və kameraları idarə etmək olar. Saatın ekranında isə hava proqnozu, zəngli saat, saniyəölçən və s. göstəricilərin əks olunması imkanı reallaşdırılıb. Özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi olan smart saat sürətli şarj texnologiyasını dəstəkləyir.

Şirkətin verdiyi məlumata görə, 10 dəqiqəlik şarj prosesi sayəsində smart saat 25 faiz enerji yığa bilir. "Watch GT 3 Pro" "Harmony OS" əməliyyat sistemi vasitəsilə çalışır.

"Huawei Band 7" qolbağı da uzun müddət ərzində çalışmaq imkanı və çox sayda müxtəlif idman növünü dəstəkləməsi ilə diqqət çəkir. Qolbaq 1.47 düym AMOLED ekran ilə təchiz olunub. Ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu keyfiyyəti ilə səhhətinin digər göstəricilərini monitorinq edə bilir. Smart qolbaqdakı alqoritmlər istifadəçinin ürəyində yarana biləcək problemlər barədə ona bildirişlər göndərir. "Band 7" kontaktsız ödənişlər üçün NFC çipinə sahibdir və smart qolbaq vasitəsilə smartfondakı musiqi pleyerini və kameraları idarə etmək mümkündür.

Həmçinin smartfonda daxil olmuş mesajlara dərhal cavab vermək, zəngləri qəbul və ya ləğv etmək imkanı da var. Adi rejimdə "Band 7" 14 gün ərzində, intensiv istifadə rejimində isə 10 gün ərzində çalışa bilir. O, həmçinin sürətli şarj texnologiyasını dəstəkləyir və bunun sayəsində reallaşdırılmış 5 dəqiqəlik şarj prosesi çərçivəsində yığılmış enerji miqdarı smart saatın 2 gün ərzində çalışmasına imkan verir. Smart qolbaq suyun 50 metr dərinliyində də işləyə bilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video