19 Sentyabr 2024 20:38
1071
SİYASƏT
A- A+
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”  

Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”  

“Ölkəmizin hərtərəfli inkişafında, dünya miqyasında əldə etdiyi nailiyyətlərdə, habelə regionda lider statusunu qazanmasında və beynəlxalq mövqelərinin yüksəlməsində, təbii ki, iqtisadi amilin rolu böyükdür. Uğurla inkişaf edən Azərbaycan iqtisadiyyatının göstəriciləri ilbəil yüksəlib, dünyada baş verən ağır böhranlara baxmayaraq, davamlı xarakter daşıyıb və xalqımızın rifahına xidmət göstərib. Sözsüz ki, rəqabətə davamlı iqtisadi inkişafın təmin olunmasında dövlətimizin enerji siyasəti böyük pay sahibidir və bu siyasətin müəllifi də məhz Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra müəyyənləşdirdiyi neft strategiyası qüdrətli, davamlı iqtisadi inkişafa malik Azərbaycanı hədəfləyirdi. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycan bu sahədə tarixi uğura imza ataraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzaladı. Siyasi və qlobal əhəmiyyətinə görə, "Əsrin müqaviləsi" adlanan sazişin imzalanmasında 7 ölkədən dünyanın nüfuzlu 11 neft şirkəti iştirak edib. Azərbaycanın enerji siyasətində tarixi dönüşə səbəb olan bu müqavilə ölkəmizə böyük nüfuz gətirdi, dünyaya inteqrasiyasına, dövlətlərarası münasibətlərin qurulmasına və inkişafına kömək etdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.

“Bildiyimiz kimi, həmin vaxtlar Azərbaycan cəmi 3 il idi müstəqillik qazanmışdı, ölkəmiz üçün təhlükələr hələ tam aradan qalxmamışdı. Həmçinin Xəzər dənizi ilə bağlı ətraf ölkələr arasında iddialar qalmaqda idi. Son dərəcə belə çətin və riskli dönəmdə dünyanın nüfuzlu şirkətlərinin bu müqaviləni imzalaması, Azərbaycanın neft sektoruna  investisiyalar yatırması bilavasitə Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu, onun fəaliyyətinə və müdrik rəhbərliyinə olan dərin inamla bağlı idi. Onlar əmin idilər ki, böyük siyasətçi Heydər Əliyevin imzası dəyişməzdir, Azərbaycan müqavilənin şərtlərinə görə, üzərinə düşən bütün öhdəlikləri vaxtında və layiqincə yerinə yetirəcək. Yeri gəlmişkən, hələ o vaxta qədər postsovet dövlətləri arasında xarici neft şirkətləri ilə belə bir beynəlxalq müqavilə bağlayan olmamışdı, bunu ilk olaraq Azərbaycan etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, müstəqil Azərbaycanın ilk enerji sazişi olan “Əsrin müqaviləsi” gözləntiləri artıqlaması ilə doğrultdu, ölkəmiz dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik aktora çevrildi. Layihənin effektiv həyata keçirilməsi ölkəmizin maliyyə imkanlarını artırdı, iqtisadiyyatımızı gücləndirdi, iş yerlərinin açılmasına, sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin yetişməsinə şərait yaratdı, eləcə də digər dövlətlərlə ticarət əlaqələrinin qurulmasına və inkişafına təkan verdi”, - Konfederasiya sədri qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət gördü ki, Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibidir, suveren hüquqlarını qətiyyətlə qoruyur, bunlardan səmərəli, xalqının mənafeyi naminə istifadə edir: “Sonralar ölkəmiz bu istiqamətdə daha uğurlu layihələrə imza atdı, neft hasilatı dəfələrlə yüksəldi. Artıq dünya bazarına nəql üçün yeni marşrutlar üzərində işləməyə başlanıldı. Çünki Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri artıq artan yükü daşımaq imkanında deyildilər. Odur ki, Azərbaycanın neft strategiyasının banisi Ulu Öndərimiz Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış etdi və 2002-ci ildə kəmərin təməli qoyuldu. Bu gün isə BTC-nin faydalarını saymaqla qurtarmaq olmaz, ümumiyyətlə, regionun inkişafına, ölkələr arasında münasibətlərə təsiri böyükdür. 2017-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı. Bu, Azərbaycanın neft tarixində növbəti əlamətdar hadisə idi və bununla ölkəmiz enerji siyasətində yeni inkişaf mərhələsinə qədəm qoydu. “Yeni Əsrin müqaviləsi”ndə nəzərdə tutulan şərtlər ölkəmiz üçün daha səmərəli idi və perspektivləri çoxdur”.

“Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın enerji siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən yeni geosiyasi və geoiqtisadi şəraitə uyğunlaşdırılaraq daha da inkişaf etdirilib, imkanları dəfələrlə genişləndirilib. Zəngin karbohidrogen ehtiyatlarına və inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz bu gün regionun enerji mərkəzinə çevrilib, dünyada baş verən mürəkkəb proseslər fonunda bu sahədə yaşanan böhranda xilaskar missiyasını yerinə yetirir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələr Avropaya işıq saçır, qoca qitənin enerji təminatına əhəmiyyətli dərəcədə töhfələr verir. Bu gün Azərbaycan həm də müasir dövrün reallıqlarından və özünün potensialından çıxış edərək yaşıl enerjiyə sürətli keçid edir, hətta bu istiqamətdə lider ölkələr sırasındadır. Əminik ki, günü-gündən inkişaf edən, dünyada böyük söz sahibi olan Azərbaycan yaxın gələcəkdə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün hədəflərinə çatacaq”, - AHİK sədri Sahib Məmmədov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!