Şagirdlərin həyəcanı, müəllimlərin gözləntisi...
Bu gün respublikamızın hər yerində yeni dərs ilinin ilk günüdür. Bütün təhsil və tədris müəssisələrində ilk günün həyəcanı yaşanır.
2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün "Bilik günü" kimi qeyd olunur.
Birincilərin ilk dərs günü
Həmin gün birincilər daha çox həyəcanlı olurlar. Çünki onlar yeni həyata qədəm qoyurlar. Balaca məktəblilər yarıhəyəcan, yarımaraqla və kiçik addımlarla sinif otaqlarına doğru addımlayırlar. Onların arasında əllərində çiçək dəstələri ilə parta arxasında əyləşməyə tələsən də var, qəmgin dayanıb anasının ətəyindən bərk-bərk yapışan da...İlk dəfə övladlarını birinci sinfə gətirən valideynlər həyəcanlı olduqlarını gizlətmirlər. Təbii ki, valideynindən ayrılmaq istəməyən uşaqlar üçün sinif otağına daxil olmaq daha çətin olur. Valideynlər övladlarını birinci sinfə göndərməklə bu gündən məktəbli anası kimi məsuliyyət daşıyırlar.
1 616 214 şagirdin təhsil alacağı proqnozlaşdırılır
2022-2023-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 616 214 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 297, IX sinfində 147 029, XI sinfində isə 100 455 şagird təhsil alacaq. Respublika üzrə ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 110 021 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
Son 20 ildə 3600 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 61 təhsil müəssisəsi tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.
Yeniləşən Azərbaycanın yeni məktəbləri
Yeni məktəb binalarının inşası bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun olaraq həyata keçirilir. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür.
Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı ilə davamlı şəkildə dəstək verir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrin miqyası ilbəil daha da genişlənir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Ən müasir şəraitdən istifadə edən şagirdlərin gələcəkdə yeni-yeni uğurlar qazanacağına və ölkəmizin şərəfini ləyaqətlə qoruyacağına əminik.
Bilik günü təntənəli qeyd edilməyəcək
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. Bununla əlaqədar olaraq ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyəti 15 Sentyabr - Bilik Gününü təntənəli şəkildə qeyd etməyəcək. Ümumtəhsil müəssisələrində ilk dərs isə "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunur.
Elşən YƏHYAYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
20 Aprel
Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb ...
20 Aprel
BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub
20 Aprel
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
20 Aprel
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
20 Aprel
Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər ...
20 Aprel
Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər...
20 Aprel
Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk ...
20 Aprel
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!