25 Yanvar 2022 14:49
950
İQTİSADİYYAT
A- A+

Rüstəm Qasemi: Azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik

 

Biz işğaldan azad olunmuş Azərbaycan ərazilərində həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu yanvarın 24-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən İranın yol və şəhərsalma naziri, İran–Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasemi jurnalistlərə açıqlamasında bildirib.

İranlı nazir ölkəsinin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “Biz dostlarımızın dəvəti ilə Azərbaycan Respublikasına gəlmişik. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərlə, çəkilən dəmir və avtomobil yolları ilə tanış olduq. Azərbaycan ərazilərin yenidən qurulmasında böyük işlər görür. İran İslam Respublikası qonşu ölkələrlə, xüsusən Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video