24 Noyabr 2022 14:39
526
DÜNYA
A- A+

Rusiyanın Moldovadakı səfiri enerji böhranına görə XİN-ə çağırılıb

 

Rusiyanın Ukraynanın enerji sektoruna endirdiyi raket zərbələri nəticəsində Moldovanın demək olar ki, 90 faizi işıqsız qalıb. Buna görə də Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Nika Popesku “BBC Newshour”a müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, noyabrın 24-də Moldovada trolleybuslar dayanıb, işıqforlar və su təchizatı kəsilib.

"Biz ənənəvi olaraq Ukrayna və Rumıniyadan elektrik idxal edirik. Son bir ay yarımda fasilələr olub, lakin bu dəfə işıqların kəsilməsi daha pisdir", - deyə Popesku vurğulayıb.

XİN rəhbəri bildirib ki, Rusiya Moldovaya da zərər vermək üçün qəsdən Ukraynaya hücum edib. Eyni zamanda, o, Moldovada humanitar böhranın olduğunu etiraf edir, çünki bəzi vətəndaşlar elektrik və qaz problemlərinə görə Avropa İttifaqı ölkələrinə gedə bilərlər.

Kütləvi işıqların kəsilməsi ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video