18 Avqust 2022 13:37
524
Mədəniyyət
A- A+

Rusiyalıların yayda Azərbaycanda istirahət etməyə tələbatı 50-100 faiz artıb

 

Rusiya Turizm Operatorları Assosiasiyasının (RTOA) məlumatına görə, rusiyalıların yayda Azərbaycanda mütəşəkkil şəkildə istirahət etməyə tələbatı keçən il üçün müvafiq göstəricilərlə müqayisədə 50-100 faiz artıb.

AZƏRTAC RTOA-ya istinadla xəbər verir ki, RF Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İdarəsinin məlumatına görə, 2022-ci ilin birinci yarısında Rusiyadan Azərbaycana 120.981 turist səfər edib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 70 faiz çox, lakin eyni zamanda pandemiyadan əvvəlki – 2019-cu ilin birinci yarısına aid göstəricilərdən demək olar ki, 3 dəfə azdır (həmin müddətdə Azərbaycan Rusiyadan 352.836 turist qəbul edib).

Müxtəlif turizm operatorlarında yay mövsümünün yekunlarına əsasən ayrı-ayrı istiqamətlər üzrə tələbat 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1,5-2 dəfə artıb. Turizm bazarında elə şirkətlər var ki, orada Azərbaycana tələbat hətta pandemiyadan əvvəlki dövrün göstəricilərindən də yüksək olub.

Tələbatın artması həm Rusiyadan Azərbaycana birbaşa aviareyslərin bərpa edilməsi, həm də turistlərin bir qisminin postsovet ölkələrinə marağının artması ilə bağlıdır.

“Space Travel” şirkətindən bildiriblər ki, ən azı son iki ildə Bakıya ekskursiya turlarının və qısamüddətli siti-turların sayında sabit artım müşahidə olunur. Bu il şirkətin müştərilərinin tələbatı 50 faiz artıb. Şirkətdə bu məlumatı dəqiqləşdirərək deyiblər: “Yayın əvvəlində Bakıda keçirilmiş Formula 1 yarışları mərhələsində Azərbaycana tələbatın kəskin artması qeydə alınıb”.

“PEGAS Touristik” şirkətində yay mövsümümün yekunlarına əsasən Azərbaycan istiqamətində səfərlərin sayının ən azı iki dəfə artması qeydə alınıb. Bu tur-operator Azərbaycan otellərinin bir neçəsi ilə sərfəli kontraktlar bağlayıb.

“Coral Travel” şirkətinin daxili turizm bölməsinin satış üzrə rəhbəri Larisa Kiselyovanın sözlərinə görə, yay mövsümündə Azərbaycana qastronomik və ekskursiya turları daha populyar olub. Turistlər ya mütəşəkkil proqramlar seçir, ya da ölkəmizi müstəqil şəkildə gəzib baxmaq üçün Bakıda otelləri bronlayırlar.

“PEGAS Touristik” şirkətinin müştəriləri əsasən Bakı otellərini seçirlər, çünki burada həm xidmətlərə, həm də 4 və 5 ulduzlu keyfiyyətli otellər üçün paket turlarına tələbat yüksəkdir.

“Space Travel” şirkətində isə yay mövsümündə tələbat Xəzərin əsasən 5 ulduz kateqoriyalı çimərlik və otellərinin xeyrinə dəyişib.

“PAC Group” və “Russkiy Ekspress” şirkətlərinin məlumatına görə, onların müştəriləri çimərlik, ekskursiya və qastronomik istirahətlə yanaşı, həm də sağlamlaşdırıcı, o cümlədən populyar Naftalan kurortunda dincəlmək variantını seçir, yüksək kateqoriyalı otellərə üstünlük verirlər.

“Russkiy Ekspress” şirkətlərində deyiblər: “Azərbaycanda bronlanan otellərin 80 faizdən çoxu 5 ulduzlu otellərin payına düşür”.

“PAC Group” şirkətində isə hesab edirlər ki, indi Azərbaycana uçmağın əsil vaxtıdır. Ölkədə muzeylərə biletlər, kafelərdə xidmət çox ucuzdur, yaxşı 5 ulduzlu otellər var.

Tur-operatorlar Azərbaycan istiqamətində payız-qış mövsümündən də yaxşı nəticələr gözləyir və hesab edirlər ki, Azərbaycanın qış kurortlarına tələbat artacaqdır. Sorğuda iştirak etmiş şirkətlərin hamısı turistlər üçün dağ-xizək marşrutları ilə bağlı təkliflər hazırlayır.

Azərbaycanın dağ-xizək kurortları bilavasitə traslarda yerləşən keyfiyyətli otellərlə fərqlənir. Bu kurortların əksəriyyəti yüksək dağlıq zonada yerləşir və bu fakt tamdəyərli qış istirahətinin rəhni ola bilər. Ekspertlər bildirilər ki, bu traslar həm təcrübəli, həm də yeni başlayan dağ xizəkçiləri üçün, eləcə də uşaqlı ailələrin istirahəti üçün münasibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video