13 May 2022 13:46
566
DÜNYA
A- A+

Rusiya qoşunları “Azovstal” zavodunun ərazisinə girməyə çalışır

Rusiya qoşunları artilleriya və aviasiya zərbələrinin dəstəyi ilə “Azovstal” zavodunun ərazisinə girməyə cəhd göstərir. Zavodun yerləşdiyi ərazi bütün növ silahlardan, o cümlədən aviasiya və gəmi artilleriyasından mütəmadi olaraq atəşə tutulur.

AZƏRTAC Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın “Azov” polkunun, dəniz piyadalarının və digər ordu birləşmələrinin döyüşçüləri artıq 75 gündür blokadaya alınmış Mariupol şəhərində qəhrəmancasına müdafiə olunurlar. Hazırda şəhərdəki metallurgiya zavodunun ərazisindəki sığınacaqlarda dərman yoxluğu səbəbindən lazımi tibbi yardım göstərilməyən 600-ə yaxın yaralı hərbçi var.

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşuk ağır yaralı hərbçilərin “Azovstal” zavodundan təxliyəsi üzrə xüsusi əməliyyatın başlanacağını və bunun bir neçə mərhələdən ibarət olacağını deyib. O, həmçinin qeyd edib ki, hazırda zavodun blokadasının hərbi yolla açılması imkanları mümkün görünmür.

Bir müddət öncə, Ukrayna tərəfi hərbi əsirlərin standart dəyişdirilməsi qaydalarına uyğun olaraq “Azovstal” zavodundakı ağır yaralıların əsir götürülmüş rus hərbçiləri ilə mübadiləsini təklif edib. İrina Vereşukun sözlərinə görə, ukraynalı müdafiəçilər təslim olmaq barədə düşünmür, Moskva isə əsirlərin standart dəyişdirilməsi proseduru ilə razılaşmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video