Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq
Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə yerli televiziyaya müsahibəsində deyib. O bildirib ki, Rusiya ilə İran arasında 10 milyon ton yükün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haqqında razılıq əldə edilib. Bu yüklər İrana Xəzər dənizi vasitəsilə daşınacaq.
Ş.Əfəndizadə Rəşt-Astara dəmir yolu xəttinin inşaasının tezliklə başa çatdırılmasını zəruri hesab edərək vurğulayıb ki, bu yol hazır olduqdan sonra İranın tranzit imkanları daha da artacaq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan İrana daşınan tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur və burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər Abbas limanlarına daşınır. Bu limanlarda yüklər təkrar olaraq gəmilərə yüklənir və yola salınır. Göründüyü kimi, tranzit yüklər bir neçə dəfə yüklənib boşaldılır ki, bu da həm vaxt aparır, həm də xərcləri artırır. Lakin Rəşt-Astara yolu hazır olsa, Rusiyadan yüklər qatarla birbaşa İranın cənub limanlarına çatdırılaraq gəmilərlə yola salınar. Çünki Ş.Əfəndizadənin də dediyi kimi, Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.
Təsadüfi deyil ki, Ş.Əfəndizadə İranda dəmir yollarının təkmilləşdirilərək inkişaf etdirilməsinin də zəruri olduğunu bildirib. Onun sözlərinə görə, ötən il bu marşrutla 11,5 milyon ton yük daşınıb. Rəşt-Astara yolu aktiv olsaydı, bu rəqəm dəfələlərlə artardı.
Hazırda İranda dəmir yolarının təkmilləşdirilməsi və yeni dəmir yollarının inşası davam edir. Ötən il Çabahar-Zahedan dəmir yolunun inşasına başlanılıb. Bu yol İranın Oman dənizi sahilində, Hind okeanına çıxışı və iri həcmdə yükaşırma imkanı olan Çabahar limanı ilə digər bölgələri birləşdirəcək. Rusiya və Avropadan Cənub-Şərqi Asiya ölkələrinə ixrac olunan yüklər Çabahar limanından, Fars körfəzi ölkələrinə daşınan yüklər isə Fars körfəzi sahilindəki Bəndər-Abbas limanından yola salınacaq. Hər iki istiqamətə yüklərin daşınması Azərbaycandan tranzit olaraq Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə həyata keçiriləcək. Hələlik bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi aktivdir. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Nəzərə çatdıraq ki, Rusiya ilə Avropanın ticarət dövriyyəsi 250 milyard avro həcmindədir. Ukraynadakı hadisələrə görə ticarət dövriyyəsi xeyli azalıb. Rusiya Asiya istiqamətinə yönəlib ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb. İran bu imkandan səmərəli istifadə etmək istəyir. Bunun üçün rəsmi Tehran Rəşt-Astara younu tez bir zamanda başa çatdırmalıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Emin Ağalarov: Müslüm Maqomayevin yaradıcılığı musiqi dünyasında çoxlarına örnək olacaq...
17 Avqust
Anar Kərimov: Müslüm Maqomayev Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub...
17 Avqust
Yanvar-iyun ayları ərzində Azərbaycanda 29 minə yaxın cütlük nikaha daxil olub
17 Avqust
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib
17 Avqust
Avqustun 17-də Azərbaycanda COVID-19 əleyhinə 1791 doza vaksin vurulub
17 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 710 yoluxma faktı qeydə alınıb
17 Avqust
Türkiyənin sərhəd bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 22-yə yüksəlib
17 Avqust
İlin birinci yarısında Azərbaycanda 61 mindən çox körpə doğulub
17 Avqust
Gənclər Fondunun BMT və IDEA İctimai Birliyi ilə birgə yay düşərgəsi başlayıb
17 Avqust
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!