17 Dekabr 2021 21:22
310
Təhsil

Rektor: Universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik   

Son 100 ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) 160 mindən çox tələbə bitirib ki, onlar da istər təhsil, istərsə də digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

AZƏRTAC xəbər verir ki, bunu ADPU-nun rektoru Cəfər Cəfərov universitetin 100 illik yubileyi mərasimində jurnalistlərə müsahibəsində bildirib.

Rektor qeyd edib ki, son illər cəmiyyət həyatının bütün sahələrində aparılan köklü və sistemli islahatlar təhsil sahəsində də özünü göstərib. İslahatlar, ilk növbədə, təhsilin bütün pillələrində məzmun və bazanın yenilənməsinə, yüksək intellektli, geniş dünyagörüşlü, yaradıcı təfəkkürlü, praktik səriştəli və vətənpərvər ruhlu gənclərin yetişdirilməsinə yönəlib. Sadalanan istiqamətlərin hər birində nisbətən qısa zaman kəsiyində nəzərəçarpacaq dəyişikliklər baş verib, danılması mümkün olmayan uğurlar qazanılıb.

“Biz işlədiyi sahədə fərqlənən, universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik. Fəxr edirik ki, AMEA-nın prezidenti olmuş 11 nəfərdən 3-ü, onlarla tanınmış yazıçı və şairlərimiz, görkəmli alimlərimiz və digər məşhur ziyalılarımız müxtəlif illərdə Pedaqoji Universitetin divarları arasında təhsil almışlar”, - deyə rektor bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video