23 Noyabr 2022 15:20
466
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan: Bizim üçün ən uyğun vaxtda terrorçuların təpəsinə qurudan da zərbə vuracağıq

 

Suriya sərhədləri ilə bağlı verdiyimiz sözlərə sadiq qaldıq. Lakin qarşımızdakı tərəflər əldə olunan razılaşmanı yerinə yetirmirsə başımızın çarəsini qılmağa haqqımız yaranır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri, Prezident Rəcəb Tayyib Ərdoğan AK Partinin Türkiyə Böyük Millət Məclisindəki deputat qrup toplantısındakı çıxışında ifadə edib.

Türkiyənin təhlükəsizliyini pozmağa çalışan terror hədəflərinə qarşı aviasiya, silahlı pilotsuz uçuş aparatları, eləcə də toplardan zərbələr endirildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, bizim üçün ən uyğun olan vaxtda terrorçuların təpəsinə qurudan da zərbə vuracağıq.

Xatırladaq ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən noyabrın 21-də Türkiyə ərazisinə atılan 5 raket nəticəsində 3 nəfərin həyatına son qoyulub, 8 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, ikisi şagird olub. Terrorçuların məktəb binasını hədəf alması insan tələfatını artırmaq məqsədi daşıyıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video