16 Avqust 2022 00:55
570
İQTİSADİYYAT
A- A+

Qusarda məişət tullantılarının çeşidlənməsi və idarə edilməsi müəssisəsi yaradılıb

 

Qusar rayonunda məişət tullantılarının idarə edilməsi və təbiətə vurulan zərərlərin azaldılması məqsədilə "QusarEcoPark" investisiya layihəsi çərçivəsində, tullantıların konveyer-nəzarət üsulu ilə çeşidlənməsi müəssisəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, müəssisədə gündəlik Qusar rayonundan çıxan 25-30 kubmetr məişət tullantısı çeşidlənərək, faydalı hissəsi təkrar istehsala qaytarılacaq. Çeşidlənmiş faydalı hissələrin bir qismi (pet butulkalar, plastik, tullantı kağızları, metal qırıntıları, şüşələr və s.) Bakı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə (Balaxanı Sənaye Parkına), digər qismi isə Sumqayıt şəhərində yerləşən müəssisələrə təkrar emal üçün göndəriləcək. Müəssisədə gələcəkdə emalın təşkili və müxtəlif növ məhsulların istehsalı üçün avadanlıqların alınması nəzərdə tutulub.
Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, dünyada, həmçinin ölkəmizdə tullantılardan səmərəli istifadə etməklə təkrar istehsalına xüsusi önəm verilir. Həm də bu layihə sosial-iqtisadi məqsəd daşıdığı üçün yeni iş yerlərinin yaradılmasına, ekologiyaya mənfi təsirlərin aradan qaldırılmasına istiqamətlənib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video