Quru ağac yaşıllıq yox, təhlükədir
Təbiətdə baş verən dəyişikliklər dünyamızı bir çox ciddi çətinliklə üzbəüz qoyub. Qlobal istiləşmə, quraqlıq, meşə yanğınları, sel və digər təbiət hadisələri bizdən ətraf mühitə qayğıkeşliklə yanaşmağı tələb edir. Əks halda bunlardan da betər təbii fəlakətlərlə üzləşə bilərik.
Sumqayıt respublikamızın inkişaf etmiş iri sənaye şəhəridir. Sənaye şəhərininsə ən çox ehtiyacı olduğu yaşıllıqdır. Bu səbəbdən şəhərimizin sakinləri yaşılıqlara həssas yanaşır, hər ağacın, hər kolun qulluğunda dururlar. Sumqayıtda yeni park və xiyabanlar da salınır, köhnələri əsaslı təmir olunur.
Bununla belə yaşadığımız 8-ci mikrorayonda bu sarıdan problemlərlə də qarşılaşırıq. Məsələn, bizim 9/25 saylı binanın qarşısında bir neçə qurumuş ağac var. Hər dəfə külək əsəndə gözümüz həmin ağaclarda qalır ki, bu dəqiqə yıxılıb kimisə bədbəxt edəcək. Hətta bir dəfə həmin ağacların (belə demək mümkünsə) budaqları iri yük maşınının üstünə düşdü. Xoşbəxtlikdən bədbəxtçilik olmadı. Amma kim zəmanət verib ki, bəxtimiz həmişə gətirəcək.
Bir neçə dəfə yığışıb bu barədə əlaqədar qurumlara məlumat vermişik. Amma heç bir nəticəsi olmayıb. İndi gümanımız sizədir. Fikirləşirik ki, bəlkə problemimizin rəsmi dövlət qəzetində dərc edilməsi şəhərin bu işə cavabdeh şəxslərində məsuliyyət hissini oyada.
Mehparə HACIƏHMƏDOVA,
Sumqayıt
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Düzgün nəfəs almaq ömrü uzadır
23 Aprel
Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub
23 Aprel
Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir
23 Aprel
Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas
23 Aprel
Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb...
23 Aprel
ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb
23 Aprel
ABŞ tənəzzüldədir
23 Aprel
Öz dilinə tərcümə olunan şair
23 Aprel
Tarixə şahidlik edəcək abidələrimiz
23 Aprel
Zamanın fövqündə dayanan ədəbi irs
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!