Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ikinci plenar iclası keçirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi plenar iclasda qurumun Təhsil sektoru, “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrinin səfirləri, daimi nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, plenar iclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyasının keçirilməsinin planlaşdırıldığını bildirərək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzvlüyə namizəd ölkələrə uğurlar arzulayıb. O, pandemiyadan qaynaqlanan problemlər, yeni endemik xəstəlik, iqlim böhranı, dünyada mövcud düşmənçilik kimi problemləri qeyd edərək, bəşəriyyətin problemlərinin heç vaxt bitmədiyini deyib. Həmçinin sosial bərabərsizlikdən, gender bərabərliyindən söz açıb, COVID-19 pandemiyasının yaratdığı problemlərdən danışıb.
Daimi nümayəndə bildirib ki, təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır. Bu gün dünyanın hər yerində təhsilə bərabər çıxış təmin olunmalıdır.
Sonra UNESCO-nun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava çıxış edib və daimi nümayəndələrin suallarını cavablandırıb.
Plenar iclasda Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi işlərdən də söz açılıb. Həmçinin ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub.
İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!