Qisas qiyamətə qalmadı
44 günlük Vətən savaşında qazandığımız parlaq Zəfər şəhidlərimizin də ruhunuşadetdi
Zaman 1990-cı ilin 20 yanvarı...
Məkan Azərbaycan idi...
Qara dona bürünmüşdü Bakı... Parçalanmış bağrından qırmızıya bükülmüş şəhid tabutları süzülürdü... Beli sınmış qərənfillər axan göz yaşları ilə yollara qanlı cığır salırdı Bakının ən uca zirvəsinə sarı...
Milyonların azadlıq karvanı al-dona bürünmüş haqq mücahidlərini başlarının üzərinə qaldırıb müqəddəs and yerimizə, Azərbaycanın müstəqillik simvoluna çevriləcək Şəhidlər xiyabanına doğru irəliləmişdi...
Haqsızlığa dirənc göstərərək, sinələrini zülmün topuna, gülləsinə sipər edənləri, Vətən uğrunda şəhadət şərbəti içənləri haqqın dərgahına uğurlamışdılar...
Və Azərbaycan xalqı elə həmin gün, o uca məqamda torpağı, azadlığı, xalqı, onun gələcəyi naminə haqq səsini ucaltmağı bacaran oğullarına, qızlarına müqəddəs bir söz də vermişdi. And içmişdi ki, uğrunda can qoyduqları bu Vətənin müstəqilliyini əbədi edəcək, doğma ərazilərinə göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyünü əbədiyyətədək qoruyacaq...
***
Zaman 2020-ci ilin 8 noyabrı...
Məkan Azərbaycan idi...
Al-qırmızı bayram libasına bürünmüşdü yurdumuz... Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin, Qarabağımızın baş tacı Şuşanın azadlığının qürurunu paylaşmaq üçün küçələrə, meydanlara axışmış, sevinc göz yaşları selə dönmüşdü. Əllərində üçrəngli Azərbaycan bayrağını dalğalandıran xalqımız üz tutmuşdular vətənimizin dörd bir yanında uyuyan şəhidlərimizin müqəddəs məzarlarına... Bu torpaq, bu vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etməyə, qisaslarının alınıb, qanlarının yerdə qalmadığının müjdəsini verməyə...
Ali Baş Komandan Şuşanın azadlığının müjdəsini Şəhidlər xiyabanından verdi
O gün, 8 noyabr 2020-ci il, həm də 30 il əvvəl, Şəhidlər xiyabanında öhdəmizə götürdüyümüz Vətən borcunun da yerinə yetdiyi müqəddəs anlarla tarixə həkk olundu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qarabağın baş tacı Şuşanın işğalçılardan azad edilməsi xəbərini də məhz Şəhidlər xiyabanından Azərbaycan xalqına çatdırdı: “2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Bəli, bu gün biz vətən uğrunda canından keçən şəhidlərimizin qisasının alınmasının qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəmizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun torpaqlarımıza göz dikən düşmənin başını “dəmir yumruğ”u ilə əzməsi, həm də 1990-cı ilin 20 Yanvarında, öz canı, qanı ilə Vətənə bağlılığın dastanını tarixə yazanların, azadlıq zirvəsi fəth edənlərin qanlarını yerdə qoymadı...
Düşmənləri Azərbaycan xalqının azadlıq eşqini, haqq səsini boğmaq istəyirdi...
Zaman-zaman olduğu kimi, 1987-ci ilin sonlarında da yenidən ortaya atılmış qondarma “Dağlıq Qarabağ” problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalqımız azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirirdi. Amma 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq eşqini, haqq səsini boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı.
Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı ilin yanvarında Bakı və respublikanın digər yaşayış məntəqələrində sovet ordusunun təcavüzü nəticəsində 147 nəfər insan amansızcasına öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
1990-cı ilin 20 yanvarında gecə baş verən sovet zülmünə qarşı “Bu qan yerdə qalmaz” səsləndirən qəzəbli insan izdihamı “Azadlıq” meydanına axışdı. Onlar müstəqillik uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını istəyirdilər...
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.
Qan yaddaşımız
Tariximizə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi həkk olunan 1990-cı ilin qanlı 20 Yanvarından bir qərinəlik zaman keçsə də, xalqımızın ürəyində ağrısı da, acısı da, yaşatdığı qürur, fəxarət hissi də elə ilk gündəki kimi yenidir, təzədir.
Azərbaycanın müstəqilliyi, demokratik dövlət qurmaq amalı ilə ayağa qalxmış mərd xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq eşqini boğmaq məqsədilə törədilmiş bu faciə qan yaddaşımızdır. Bu tariximizin elə bir salnaməsidir ki, hər səhifəsini vərəqlədikcə azadlıq uğrunda aparılan haqq savaşı ilə, Vətən uğrunda gözünü qırpmadan qurban olmağa hazır qəhrəmanlarla, zülmə boyun əyməyən oğulların rəşadəti ilə fəxr edirik, düşmənlərin qanlı-qadalı əməllərinə şahidlik edib qəzəb atəşi ilə alovlanırıq...
Zülmə, istibdada qarşı barışmaz olduğumuzu bir daha dünyaya bəyan edirik ki, bu millət Vətənini, azadlığını, müstəqilliyini canından, qanından artıq sevir...
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 26-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub
26 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb
26 May
Sabah paytaxtda 24, bəzi bölgələrdə isə 27 dərəcə isti olacaq
26 May
Aqrar Universitetdə Türk Ağsaqqalları Birliyi ilə birgə Müstəqillik Gününə həsr olunan konfrans keçi...
26 May
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil ...
26 May
Nərimanov rayonunda sexdə baş vermiş yanğın söndürülüb, hadisə nəticəsində iki nəfər xəsarət alıb ...
26 May
AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır ...
26 May
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonuna səfərlə bağlı paylaşım edib
26 May
ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir ...
26 May
Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bi...
26 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!