31 Avqust 2024 19:23
116
SİYASƏT
A- A+

Qırğızıstan səfiri: Biz Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiririk

 

Azərbaycan və Qırğızıstanı bir-birinə sıx tellər bağlayır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr, birgə fəaliyyətimiz əla səviyyədədir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk. İki ölkə arasında siyasi dialoq mövcuddur. Birgə layihələrimiz davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov ölkəsinin müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda deyib.

Ölkəsinin qət etdiyi inkişaf yolundan danışan diplomat qırğız xalqının müstəqillik uğurunda çətin mərhələlərdən keçdiyini bildirib. Diqqətə çatdırıb ki, 100 illiyini qeyd etdikləri Qara Qırğız Muxtar Vilayəti 1924-cü il oktyabrın 14-də yaradılıb və onlar öz tarixlərini unutmurlar, dəyərlərinə sadiqliyi qoruyub saxlayırlar. Qırğızıstanın mədəni müxtəlifliyi, sosial bərabərliyi üstün tutduğunu qeyd edən M.Mamıtkanov deyib: "Qırğız Respublikası digər türkdilli dövlətlər kimi Azərbaycanla əməkdaşlığa, əlaqələrin dərinləşdirilməsinə böyük önəm verir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar".

Qırğızıstan Prezidentinin cari ilin aprelində ölkəmizə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxunub, onun ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində rolunu qeyd edib.

Xalqlarımıza sülh, əmin-amanlıq arzulayan diplomat tarixi köklərə əsaslanan Qırğızıstan-Azərbaycan dostluğunun ümumi maraqlar əsasında bundan sonra da yüksək tempdə inkişaf edəcəyinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video