Qırğızıstan portalı Azərbaycan Prezidentinin Füzuli və Şuşa şəhərlərinə səfərini geniş işıqlandırıb
Qırğızıstandakı “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzulu və Şuşa şəhərlərinə səfərləri ilə bağlı AZƏRTAC-ın materiallarını rus dilində yerləşdirib.
AZƏRTAC xəbər verir ki, portal dövlətimizin başçısı və birinci xanımın Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmələri ilə bağlı materiallara öz səhifəsində yer ayırıb.
Sayt Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin, Şuşada Mehmandarovların malikanə kompleksinin bərpası ilə tanışlığı barədə məqalələr də yayıb.
Portal Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi əraziyə getmələri, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olmaları, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmələri ilə bağlı materiallar yerləşdirib, dövlət başçısının müraciətini təqdim edib.
Sayt Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışının keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Festivalın açılışında iştirak etmələri ilə bağlı materialları da yayıb.
Bildirilir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!