28 Yanvar 2023 12:50
392
SİYASƏT
A- A+

QHT nümayəndələri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb  

 

Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat qəbul edib.

AZƏRTAC bəyanatı təqdim edir.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.

Xüsusən 2020-ci il Vətən müharibəsindən sonra İranda, o cümlədən İran mediasında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması, ölkəmizə qarşı mənfi münasibətlər bu terror aktının törədilməsinə bir növ şərait yaratmışdır. İranda Azərbaycanın diplomatik korpusuna qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər edilib. Buna baxmayaraq, İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir fəaliyyət göstərməyib və nəticədə bu xain terror aktı törədilib.

Görünən odur ki, xain terror aktını törədən şəxsin sərbəst şəkildə Azərbaycan səfirliyinə gəlişi, “kalaşnikov”la səfirliyə hücumu öncədən planlaşdırılmış və bu hadisənin qarşısının alınması üçün İran tərəfindən heç bir addım atılmayıb.

Hadisə nəticəsində Azərbaycan səfirliyinin əməkdaşının həlak olması və digər əməkdaşların yaralanması bütün Azərbaycan xalqını dərindən sarsıdıb.

Ümid edirik, eləcə də tələb edirik ki, bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılacaq və bu hallar bir daha təkrarlanmayacaq.

Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini İran bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalıdır. Eyni zamanda, İran İslam Respublikasından hadisəni törədənlərin, sifarişçilərin, cavabdehlərin tapılıb cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Bununla yanaşı, Azərbaycan qeyri-hökumət təşkilatları olaraq günahkarların layiqli cəza alması məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edir və bu terror hadisəsinə qiymət verilməsini tələb edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video