25 May 2022 12:51
631
İDMAN
A- A+

Qəhrəman şəhidin xatirəsinə mini futbol turniri keçirilib

Abşeron rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin xatirəsinə həsr edilən  mini futbol turniri keçirilib.

Xırdalan şəhərində keçirilən turnir öncəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, Dövlət Himni səsləndirilib. Mərasimdə iştirak edən Abşeron rayon ictimaiyətinin nümayəndələri, qazilər, şəhid ailləri, rayonu təmsil edən idmançılar Mehrab Niftəliyevin keçdiyi ömür yolundan söz açıblar, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən qəhrəmanın döyüş yolunun hər bir gəncə örnək olduğunu bildiriblər. 

Daha sonra turnirə start verilib. Əsasən 2 yaş qrupu üzrə keçirilən və ümumilikdə 16 komandanın iştirak etdiyi turnirin sonunda qalib komandalara diplom və medallar təqdim olunub.

Turnir tanınmış incəsənət nümayəndələrinin ifasında Azərbaycan Ordusunu və qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları ilə yekunlaşıb.

 

Akif ƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video