27 Aprel 2022 00:31
2023
Oxucu məktubları
A- A+

Qədirbilən xalqımıza minnətdaram

 

Oğlum Azər Yusifli  2011-ci ildə Ağstafanın Böyük Kəsik kənd orta məktəbini bitirdikdən sonra müddətli hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra könüllü olaraq Sərhəd Qoşunlarında xidmət etməyə başladı. Göstərdiyi nümunəvi xidmətinə görə bir neçə dəfə təşəkkür aldı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görüldü.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda oğlum  xüsusi təyinatlı kəşfiyyat dəstəsinin tərkibində döyüşlərə atıldı. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilanın azad edilməsində iştirak etdi. Müharibənin ilk həftəsində yaralanan Azər hospitalda müalicə aldıqdan sonra yenidən döyüş meydanına qayıtdı. Cəbrayıl rayonu azad ediləndə Xudafərin körpüsünün, Zəngilan rayonu azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə üçrəngli Azərbaycan bayrağını asdı. Azər oktyabrın 21-də Zəngilan şəhəri uğrunda gedən döyüşlərdə şəhid oldu. Ölümündən sonra dövlət başçısının sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü, "Vətən uğrunda"  və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.

Hörmətli redaksiya!

Mən qəhrəman oğlumla fəxr edirəm. Qədirbilən xalqımız isə onun ruhuna ehtiram, qısa, lakin mənalı ömür yolunu gənc nəslə nümunə göstərir. Bu gün Böyük Kəsik kənd tam orta məktəbi, eləcə də Ağstafa şəhərinin mərkəzi küçələrindən biri oğlum Azər Yusiflinin adını daşıyır. Bütün bunlara görə Prezident İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə ailəmiz adından minnətdarlığımı bildirirəm.

 

 Nazim YUSİFOV,

Ağstafa rayonunun Ağgöl kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video