22 Yanvar 2022 16:43
761
DÜNYA
A- A+

Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən zərərin məbləği açıqlanıb

 

Qazaxıstanda yanvar hadisələri nəticəsində zərər çəkmiş binaların və əmlakın təmirinə çəkilən xərclər nəzərə alınmaqla, ölkəyə ümumilikdə 136,8 milyard tenqe (təxminən 313,6 milyon ABŞ dolları) həcmində zərər dəydiyi açıqlanıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına görə, dövlət orqanlarına dəyən zərər 54,6 milyard tenqe (125,1 milyon dollar) təşkil edir. 1923 biznes obyektinə isə 82,2 milyard tenqe (188,4 milyon dollar) ziyan vurulub. İğtişaşların gedişində səkkiz regionda 351 daşınmaz obyekt zədələnib. Onlardan 45-i dövlət orqanlarına, 306-sı isə kommersiya obyektlərinə aiddir.

İlkin hesablamalara əsasən, zərər çəkmiş binaların təmiri və bərpası üçün 28,8 milyard tenqe (66 milyon dollar) vəsait tələb olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video