04 Dekabr 2022 01:08
603
Təhsil
A- A+

Qazaxda məktəb-lisey üçün yeni bina tikilir

 

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda  Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikintisi nəzərdə tutulmuşdur.  
Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagirdlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagirdlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagirdlik yeni binanın tikintisi, həmçinin ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının bərpa olunması rayonda təhsil sahəsinə olan yüksək dövlət diqqətinin əyani nümunəsidir.
Bu yaxınlarda isə Qazaxda daha bir təhsil ocağı üçün yeni binanın inşasına başlanmışdır. Prezidentin sərəncamı ilə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə 700 şagirdlik məktəb-liseyi üçün tikilən yeni binada işlər sürətlə gedir. Yeni bina 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 
2 korpus 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarətdir. Kompleksdə geniş, işıqlı sinif, eləcə də kimya, fizika, biologiya laboratoriya və kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunur. İnşaat işləri çərçivəsində məktəbin qarşısında Mehdi Hüseynin büstü qoyulmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video