23 Oktyabr 2022 01:22
1590
Oxucu məktubları
A- A+

Qaz yox, odun da tapmaq olmur

 

Dağlıq ərazisi olan Daster özündə Hamarat, Dzdipok, Daster və Bradi kəndlərini birləşdirir. Onlar ucqar kəndlər olsalar da, təbiətin füsunkar guşəsində qərar tutublar. Ölkəmizdə gedən quruculuq işləri  hər yerdə olduğu kimi, buranın da əhalisini sevindirir. Qədim tarixə malik bu dörd kəndin adamları əzəldən halal zəhmətlə gün-güzəran keçirir, dövlətin gücünə, qüdrətinə inanır və bu inamla da ərazidəki bir sıra sosial problemlərin həllini gözləyirlər. 
Mavi qazın yoxluğu son illər burada yaşayan əhalini daha çox əziyyətə salır. Artıq yanacaq qıtlığını qarşılamaq üçün odun da tapılmır. Belə ki, əvvəllər yanacaq odunu meşələrin hesabına tədarük olunurdu. İndi meşələrə odun üçün ayaq basmaq mümkün deyil. Bu səbəbdən odunun qiyməti beş qat bahalaşıb. Daster də ucqar ərazidə yerləşdiyi üçün buranın soyuq günləri çox olur. Bradi kənd sakini İlyas Qurbanov deyir ki, artıq bir neçə ildir  evləri isitməyə yanacaq odun tapa bilmirlər: "On ildir qazın verilməsi yalnız söz-söhbət səviyyəsindədir". 
Dasterli Ağadadaş Babayev isə bildirir ki, hər il qış gələndə odun da tapa bilmirik ki, onun hesabına qızınaq. Görünür bu qış da belə olacaq. Meşələr üzümüzə bağlanıb, odun qalxıb qızıl qiymətinə. Nə edəcəyik, bilmirik".

Zəfər  ORUCOĞLU,  
Lerik rayonu, Bradi kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video