31 Avqust 2024 19:12
132
SİYASƏT
A- A+

Qarabağda və Şərqi Zəngəzurda yerləşən seçki məntəqələri səsverməyə hazırdır


Sabah – sentyabrın 1-də Azərbaycanda VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bununla bağlı seçki dairələrində və  məntəqələrində son hazırlıq işləri görülür.

118 saylı Ağdam – Şuşa, 119 saylı Ağdam, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocavənd 125 saylı Zəngilan-Qubadlı seçki dairələri ərazisində yerləşən seçki məntəqələri səsvermə prosesinə tam hazırdır.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, dairələrin ərazilərində yerləşən bütün seçki məntəqələrində bildirişlər seçicilərə paylanılıb. Səsvermə kabinələri seçicilərin rahat səs verməsi üçün hazırlanıb. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə prosesi zamanı öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb.   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video