Qalina Karelova: Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir
İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının videokonfrans formatında 17-cı iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.
İclas həmsədrlərin giriş sözləri ilə başlayıb.
Milli Məclis sədrinin birinci müavini, komissiyanın həmsədri Əli Hüseynli iclas iştirakçılarını parlamentin sədri Sahibə Qafarovanın adından və öz adından salamlayıb. O, Azərbaycan və Rusiyanı birləşdirən çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrindən söz açıb, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini qeyd edib.
Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlardan söz açıb, Azərbaycan və Ermənistan arasında sülhün və əməkdaşlığın yaradılmasında Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Qalina Karelova öz çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir və mövcud olan yüksəksəviyyəli münasibətlərimiz hər iki ölkənin milli mənafeyinə cavab verir. O qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını fəal şəkildə dəstəkləyir.
Federal Şuranın sədr müavini çıxışında vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb.
İclasda Milli Məclisin deputatları Nizami Səfərov gündəliyin “Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və parlamentlərarası əməkdaşlığın dövlətlərarası əlaqələrin inkişafına töhfəsi”, Emin Hacıyev “Rusiya-Azərbaycan regionlararası əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri” və Sevinc Hüseynova “Turizm sahəsində ikitərəfli qarşılıqlı təsirin intensifikasiyası üçün əlverişli şəraitin yaradılması” məsələləri ilə bağlı məruzə ilə çıxış ediblər. Onlar iqtisadi, ticari, regionlararası, parlamentlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət, təhsil, turizm kimi sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər.
Videokonfransın sonunda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının qarşıdakı bir il üçün iş planı və 18-ci iclası ilə əlaqədar məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.
İclasda Milli Məclisin və Rusiya Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının həmsədrinin müavini Ağalar Vəliyev, İkitərəfli parlamentlərarası komissiyanın üzvləri Rasim Musabəyov, Elnur Allahverdiyev, Azər Badamov, Arzu Nağıyev və Mixail Zabelin iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub...
06 Iyul
“Brent” markalı neftin qiyməti 100 dollardan aşağı düşüb
06 Iyul
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib...
06 Iyul
Bitki çaylarının qəbul qaydası
06 Iyul
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
06 Iyul
İyulun 6-da Azərbaycanda COVID-19 əleyhinə 2 min 140 doza vaksin vurulub
06 Iyul
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb
06 Iyul
Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyada keçirilən konfransda iştirak edib
06 Iyul
Qafqaz Müsəlmanları İdarəsinin sədri Koventri yepiskopu ilə görüşüb
06 Iyul
Bakıda Venesuelanın müstəqillik günü qeyd edilib
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!