06 Oktyabr 2025 12:37
482
CƏMİYYƏT
A- A+
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir  

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir  


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Yuta ştatında səfərdədir.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Müraciətdə şeyxülislam A.Paşazadə ABŞ-ın Yuta ştatının ictimaiyyətinə və din xadimlərinə Azərbaycanın multikultural dəyərlər ölkəsi kimi salamlarını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası həmrəyliyin dünyada nümunəvi modelə çevrildiyini vurğulayıb.

QMİ sədri ABŞ və Azərbaycanın dini konfessiyaları arasında dostluq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, qarşılıqlı səfərlərin və birgə layihələrin xalqlarımızın mənəvi yaxınlaşmasına xidmət etdiyini bildirib. O, həmçinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olmasını yüksək dəyərləndirib.

Müraciətdə Azərbaycan xalqının ABŞ-ın ölkəmizin ərazi bütövlüyü və regionda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Şeyxülislam xüsusilə avqustun 8-də Vaşinqton Zirvə görüşünü və Prezident Donald Trampın bu istiqamətdəki şəxsi səylərini təqdir edib.

QMİ sədri Stirlinq Fonduna Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi təşəbbüsünə verdiyi humanist dəstəyə görə xalqımız və dini konfessiyalar adından minnətdarlığını bildirib.

Allahşükür Paşazadə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verən “Bakı Prosesi”, eləcə də 2010-cu və 2019-cu illərdə keçirilmiş Dünya dini liderlərinin sammitləri, 2024-cü ildə COP29 çərçivəsində təşkil olunan Dini liderlərin zirvə görüşü barədə məlumat verib.

O qeyd edib: “Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada müxtəlif dinlərin nümayəndələri tarixən qarşıdurma olmadan, bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva multikulturalizmin dünya miqyasında təbliği sahəsində həyata keçirdiyi nəcib fəaliyyətlə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsinə mühüm töhfə verir”.

Qurultay çərçivəsində Kilsənin mərhum rəhbəri, prezident Rassel Nelsonun xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

Səfər çərçivəsində QMİ sədri Yuta Ştatı Senatının sədri Adam Stüart ilə də görüşüb. Görüşdə Azərbaycan haqqında xoş sözlər səsləndirilib, ölkəmizin multikultural həyat tərzi yüksək qiymətləndirilib.

Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə də iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!