Pulişiç şoku
Srağagün "DÇ-2022"nin 3-cü turunda İranla oyunda zədələnən ABŞ millisinin üzvü Kristian Pulişiçin durumu açıqlanıb.
ABŞ Futbol Federasiyasından verilən məlumata görə, İngiltərənin "Çelsi" klubunda çıxış edən yarımmüdafiəçiyə çanaq sümüyünün əzilməsi diaqnozu qoyulub. Onun dekabrın 3-də 1/8 finalda Niderlandla keçiriləcək görüşü buraxacağı gözlənilir.
Qeyd edək ki, İranla oyunda qələbə qolunu vuran futbolçu həmin epizodda rəqib qapıçı ilə toqquşub. O, görüşdən dərhal sonra xəstəxanaya aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb
19 Aprel
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
19 Aprel
Dünya birjalarında neft bahalaşıb
19 Aprel
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
19 Aprel
Vitaminsiz qalmayaq
19 Aprel
Yetirmələrimlə qürur duyuram
19 Aprel
Bu il Şuşada gənclərin möhtəşəm tədbirləri keçiriləcək
19 Aprel
Vətən sevgisi və müqəddəs amal
19 Aprel
ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb
19 Aprel
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!