Prokurorluqda aparılmış islahatlar əhalinin hüquqlarının qorunmasını gücləndirib
10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, həmçinin hüquq-mühafizə orqanlarının, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, Birlərmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Baş Prokurorluqda “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev milli dövlətçiliyimizin əsasını qoymuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlarla insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş kompleks mexanizm və tədbirlərin formalaşdırıldığını bildirməklə insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Ulu Öndərin müəllifi olduğu Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığını, çoxsaylı normativ-hüquqi aktların, Dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla aparılmış məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyi artırmaqla hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə zəmin yaradıb.
Konfransda prokurorluq orqanlarının vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsində digər qurumlarla əlaqəli şəkildə üzərilərinə düşən vəzifələri layiqincə icra etdiyi bildirilməklə bu sahədə birgə əməkdaşlığın önəmi vurğulanıb.
Tədbirdə İnsan hüquqlarının müdafiəsi üçün Avropa Şurası alətləri, qaçqınlar, məcburi köçkünlər və insan hüquqları, vətən müharibəsindəki qələbə kontekstində insan haqlarına yeni baxış, insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, insan hüquqlarının təminatında məhkəmə hakimiyyətinin, o cümlədən prokuror nəzarətinin rolu, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin fəaliyyətində vəkillərin yeri və rolu, insan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu, Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti, uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu, cinayət prosesinin ayrılmaz tərkib hissəsi kimi azadlıq hüququnun təmin edilməsi mövzularında çıxışlar edilərək ətraflı müzakirələr aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zəfər gəncləri
02 Fevral
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət...
02 Fevral
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlə...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyiş...
02 Fevral
Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azə...
02 Fevral
"Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Az...
02 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!