Problem artıq öz həllini tapıb
“Azərbaycan” qəzetinin 12 sentyabr 2021-ci il tarixli sayında dərc edilmiş “Quru ağac yaşıllıq yox, təhlükədir” sərlövhəli oxucu məktubunda qaldırılmış problem artıq öz həllini tapıb.
Məlumat üçün bildiririk ki, Sumqayıt şəhərində yaşıllaşdırma işləri əsas prioritet istiqamətlərdən birini təşkil edir. Son illərdə şəhər ərazisində yüz minlərlə ağac əkilib, geniş yaşıllıq zolaqları salınıb. Yeni salınan parklarla yanaşı, məhəllə-daxili ərazilərdə də yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, şəhər ərazisində mövcud olan quru ağacların müəyyənləşdirilərək götürülməsi üçün də davamlı olaraq tədbirlər həyata keçirilir. Müəyyən edilmiş quru ağacların budanması və ərazidən götürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur və bu müraciət əsasında verilmiş rəylərə uyğun olaraq tədbirlər görülür.
“Azərbaycan” qəzetinin 12 sentyabr 2021-ci il tarixli sayında dərc edilmiş “Quru ağac yaşıllıq yox, təhlükədir” sərlövhəli oxucu məktubunda qeyd olunmuş 8-ci mikrorayon 9/25 saylı yaşayış binasının qarşısındakı quru ağacla bağlı problemin aradan qaldırılması üçün tədbirlər görülmüşdür. Qeyd edək ki, ayın əvvəlində hazırlanmış tədbirlər planında 8-ci mikrorayon 9/25 saylı yaşayış binasının qarşısındakı quru ağacın götürülməsi də öz əksini tapmışdır. Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq qeyd olunan binanın qarşısında və yan tərəfindəki iki quru ağac artıq kəsilərək götürülmüşdür.
Gündüz ƏLİYEV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB
24 Aprel
Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir...
24 Aprel
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
24 Aprel
Aprelin 25-də hava əsasən yağmursuz keçəcək
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
24 Aprel
İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək
24 Aprel
Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb
24 Aprel
Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
24 Aprel
Filippində istidən altı nəfər ölüb
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!