Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.
İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov qaliblərə milli inkişaf prioritetlərindən və insan kapitalının əhəmiyyətindən bəhs edərək “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb. Daha sonra Şahmar Mövsümov Azərbaycanın inkişafı naminə görüləcək işlər üzrə qaliblərin təkliflərini qəbul edib və onların suallarını cavablandırıb.
Əlavə olaraq, Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini paylaşıb. Prezidentin köməkçisi növbəti görüşlərdə müzakirə edilməsi məqsədilə qaliblərə araşdırma əsasında tapşırıq verib. Son olaraq, qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Şahmar Mövsümov, onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam isə ötən ayın 20-sində imzalanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!