30 Iyul 2022 01:33
706
Elm və texnika
A- A+

Prezidentin Fərmanı Azərbaycan  elminin inkişafına təminat verir


Dördüncü sənaye inqilabının, süni intellektə əsaslanan informasiya cəmiyyətinin hökm sürdüyü müasir dövrümüzdə yüksək elm və texnologiyalar həm bütövlükdə bəşəriyyətin, həm də ayrı-ayrı xalq və dövlətlərin dayanıqlı inkişafının əsas hərəkətverici qüvvələri sırasında ön yerlərdən birini tutur. 
 

Cəmiyyət həyatının heç bir sahəsi elmi biliklərin, onlardan qaynaqlanan texnika və texnologiyaların iştirakı olmadan tərəqqi edə bilməz, bir sıra sektorlar isə heç mövcud olmaz. O da faktdır ki, doğma Qarabağ torpaqlarının Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından azad olunmasında əsgər və zabitlərimizin şücaəti ilə yanaşı, hərb elminin və texnologiyalarının ən müasir nailiyyətlərinin mənimsənilməsi, eləcə də tətbiqi mühüm rol oynamışdır.
Azərbaycan Cənubi Qafqazda və bütövlükdə ətraf regionlarda özünün dinamik inkişafı, cəmiyyət həyatının və iqtisadiyyatın müxtəlif sahələrində qabaqcıl mövqeyi ilə seçilir. Bu inkişafın təhsildə və müxtəlif elm sahələrində də gözlənilməsi təbiidir.
Məhz bu baxımdan xarakterikdir ki, son dövrlərdə Azərbaycan elminin mövcud durumu və gələcək inkişaf yolları cəmiyyət arasında geniş müzakirə mövzusu olmaqda davam edir. Əlamətdar haldır ki, bu müzakirələrə elmlə hər hansı əlaqəsi olub-olmamasından asılı olmayaraq ölkə ictimaiyyətinin bütün təbəqələri qoşulmuşdur. Yəni elmimizin və ölkədə uzun illərin gərgin əməyi sayəsində formalaşmış elmi potensialın taleyi hər kəsi maraqlandırmaqdadır. 
Onu da xatırladaq ki, Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndər özünə qarşı olan ümumxalq sevgisindən və boyük nüfuzundan istifadə edərək cəmiyyətin elm və təhsilə, elmi potensiala münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti surətdə müəyyənləşdirmişdi. Müstəqillik illərində Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin prinsipial mövqeyi, diqqət və qayğısı sayəsində Azərbaycan elmində bir sıra uğur və nailiyyətlər qazanılmışdır. Lakin bəzi hallarda əldə edilən uğurlar dünyanın müasir çağırışlarına və dövrün fasiləsiz dəyişən tələblərinə kifayət qədər sanballı cavab verməmişdir. AMEA-da son illərdə aparılan struktur, elmi-təşkilati və kadr islahatları isə gözlənilən nəticələri verməmişdir. Elmi idarəetmənin getdikcə daha da deqradasiyaya uğramağa doğru getdiyi belə bir zamanda Ulu Öndərin akademiyanı qorumaqla bağlı mövqeyinə sadiq qalmaqla bərabər, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təcili addımlar atılmasına, müasir dövrün çağırışlarına cavab verilməsi, elm-təhsil-iqtisadiyyat zəncirinin real fəaliyyətinin təmin olunması baxımından ciddi tədbirlər görülməsinə ehtiyac yaranmışdı. 
Məhz Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərinin həllində göstərdiyi qətiyyətli və ədalətli, eyni zamanda düşünülmüş və uzaqgörən qərarları ilə seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ciddi elmi əsaslı araşdırmaların nəticəsi olaraq, hər zamankı kimi, məsələlərə yetərli və vaxtında müdaxilə etmiş, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsinə imkan verən, bu istiqamətdəki fəaliyyətlərin gücləndirilməsinə münbit şərait yaradan fərman imzalamışdır.
Fikrimcə, bu fərmana münasibət göstərilməsi zamanı cənab Prezidentin 2003-cü ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başladıqdan sonra vətəndaş cəmiyyətinin, müstəqilliyin və dövlətçiliyin, milli təhlükəsizliyin, elm, yüksək texnologiyalar, təhsil və mədəniyyətin inkişafı ilə bağlı qəbul etdiyi hər bir qərarının, verdiyi hər bir göstərişinin böyük uğurla nəticələndiyini əsla yaddan çıxarmaq olmaz. 
Bu gün Azərbaycan elmi yeni, daha dərin islahatlar və keçid dövrünə qədəm qoyur. Cənab Prezidentin diqqət və qayğısına, analoqu olmayan dövlət dəstəyinə elm və təhsil sektorunun, elmi ictimaiyyətin də layiqli şəkildə cavab verməsi, Azərbaycan cəmiyyətinin və dövlətçiliyinin yüksəlişi və inkişafı, təhlükəsizliyinin təmin olunması planlarının gerçəkləşdirilməsində elmin və elm adamlarının ön sıralarda olmaları dövrün tələbidir. Qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gəlmək üçün elmimiz real potensiala malikdir. 
Biz alimlər tam səmimi şəkildə inanırıq ki, İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərin böyük memarının qeyd edilən fərmanı da, bütün digər qərarları kimi, uğur qazanacaq, Azərbaycan elminin intensiv inkişafına real zəmin yaradacaqdır.

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video