27 May 2022 19:38
784
Səfərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar YENİLƏNİB

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov ilə bağban Qalib Hümbətov dövlətimizin başçısına və birinci xanıma intensiv meyvə bağında görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, burada 40 hektar sahədə intensiv ərik bağı salınıb. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulur.

İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzi tikiləcək. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaq.

Qeyd edək ki, “Ağıllı təsərrüfat” “Ağıllı kənd” fəlsəfəsinin 3 sütunundan biridir. Burada toxumun seçimindən başlamış aqrotexniki qulluq məsələlərinə qədər hər bir detal nəzərə alınır, nəticədə vahid sahədən maksimum məhsul götürmək mümkün olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video