26 Aprel 2022 16:43
1464
Qəbullar
A- A+

Prezident İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul edib  YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunuldu, Prezident İlham Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulandı.

Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edildi.

Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video