Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkəmizə səfər etdiyinə və IX Qlobal Bakı Forumunda iştirakına görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkürünü bildirdi, onunla əvvəlki görüşlərini xatırladı. Dövlətimizin başçısı həmin görüşlərdə ikitərəfli və regional məsələlərə dair geniş fikir mübadilələrinin aparıldığını qeyd etdi.
Prezident İlham Əliyev torpaqlarımızın işğalı zamanı və İkinci Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Azərbaycan Prezidenti COVID-19 pandemiyasından sonra formalaşmış şəraitdə əlaqələrin inkişafı üçün daha yaxşı imkanların yarandığını qeyd etdi.
Dövlətimizin başçısı Bosniya və Herseqovinanın nümayəndələrinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakını xatırladı və enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, forumun artıq dünyada nüfuzlu tədbirlərdən birinə çevrildiyini qeyd etdi. Dövlətimizin başçısının nitqini diqqətlə izlədiyini deyən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevin vacib məqamlara toxunduğunu vurğuladı. Bildirdi ki, ədalət və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Azərbaycan ilə Bosniya və Herseqovinanı qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulan Şefik Caferoviç münasibətlərimizin xalqlarımızın iradəsindən irəli gələrək inkişaf etdiyini məmnunluqla bildirdi. Pandemiya dövründə Azərbaycanın Bosniya və Herseqovinaya yardımına görə minnətdarlığını ifadə etdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycanın və ölkəsinin mina təhlükəsi ilə üzləşdiyini qeyd etdi və bu sahədə də əməkdaşlığın vacibliyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə geniş yenidənqurma və quruculuq işləri həyata keçirdiyini qeyd etdi. Azərbaycanın mina problemi ilə üzləşdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan etibarən 220-dən çox vətəndaşımızın mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını dedi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən iqtisadi, ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağı məmnunluqla qeyd edildi, bunun da əlaqələrimizin inkişafına əlavə təkan verəcəyi vurğulandı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir ...
20 Aprel
Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib
20 Aprel
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
20 Aprel
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
20 Aprel
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
20 Aprel
I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə ke...
20 Aprel
Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb ...
20 Aprel
Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!