03 Oktyabr 2022 13:30
611
DÜNYA
A- A+

Aprel-sentyabr aylarında səhm və istiqrazların dünya qiymətləri 44 trilyon dollar ucuzlaşıb

 

Aprel-sentyabr aylarında dünya bazarlarında səhm və istiqrazların ümumi qiyməti 44 trilyon dollar ucuzlaşıb. Bu, qiymətli kağızlar ticarəti tarixində ən böyük eniş olub.

AZƏRTAC “Nikkei” nəşrinə istinadla xəbər verir ki, həmin dövr ərzində dünya maliyyə bazarlarında istiqrazların ümumi dəyəri 20 trilyon dollar azalaraq 125 trilyon dollara, səhmlərin dəyəri isə 24 trilyon dollar azalaraq 86 trilyon dollara enib. Ekspertlərinin fikrincə, bu, 2001-ci ildən bəri ən böyük azalmadır və 2008-ci ildə qlobal böhran zamanı qeydə alınan itkilərin miqyasını üstələyir.

Mütəxəssislərin sözlərinə görə, qiymətlərin ucuzlaşmasının əsas səbəbi aparıcı sənaye ölkələrinin əksəriyyətində inflyasiya ilə mübarizə məqsədilə kredit faizlərinin kəskin artırılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video