01 Oktyabr 2022 11:48
439
SİYASƏT
A- A+

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

 

Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü və nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzkar siyasətinə son qoyulduğu bildirilir.

Sənəddə qeyd olunur ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalından sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb.

Daha sonra qardaş Azərbaycan xalqının ölkə tarixində yeni eranın başlanğıcını qoyan, regionda reallıqları dəyişdirən və beynəlxalq ədaləti bərpa edən Vətən müharibəsində öz vətəndaşlarını müdafiə edərək qəhrəmancasına şəhid olan əsgər və zabitlərin xatirəsini hörmətlə anmaq üçün sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş Anım Gününü dərin hüznlə qeyd etdiyi vurğulanır.

Sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətənin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video