Paytaxtın bu halına niyə göz yumulur?
Hörmətli redaksiya, hamı kimi mənim də yolum bazardan düşür və elə narazılığım da bu bazarlardandır. O bazarlar ki onlarda səs-küy, səliqəsiz və natəmizlik hökm sürür. Üstəlik satıcıların bayağı reklam çığırtıları, bəzənsə söyüş və şit zarafatları qulaq batırır.
Hələ qoxusu aləmi bürüyən pendirləri demirik. Peşəkar satıcı duzlu məhsulu alıcılara elə şirin formada yedizdirir ki, müştəri abırına qısılır, utandığından ondan almaq məcburiyyətində qalır. Bazarda sinidə çay, yemək və şirniyyat daşıyan səyyar satıcılar da olur. Onların alıcıları əsəsən bazar əhlidir. Bazarda təmizliyə baxanlar hər bir dükan və piştaxtaya gündəlik nəzarət etsələr də, səhər-axşam süpürülən və zibili daşınan bazar öz pinti qiyafəsindən, qarmaqarışıqlıq və antisanitariyadan qurtulmur ki, qurtulmur...
Paytaxtımızda bəzən küçə və səkilər də bazara çevrilir və onu sözün əsl mənasında “bazar”a çevirənlər tərəzinin gözünü əyən alverçilər, bu hala göz yuman məmurlardır. Son vaxtlar paytaxtda binaların həyətlərində, metrostansiyaların çıxışlarında və əhalinin sıx olan digər yerlərində açıq şəkildə fəaliyyət göstərən minibazarlarla rastlaşırıq. Dünyanı bürüyən COVID-19 virusunun tüğyan etdiyi bir dövrdə qida məhsullarının küçələrdə satışına hansı əsasla icazə verilir və ya göz yumulur?
Hörmətli redaksiya!
Bu problemlər bir Bakı sakini və təqaüdçü kimi məni çox narahat edir. Bütün bunlara artıq gözlərimiz vərdiş etsə də, zənnimcə, onlardan artıq qurtulmaq zamanıdır. Şəhərimizi gələcək nəslə daha da gözəl və səliqəli ötürmək biz ahılların mənəvi borcudur. Xahiş edirəm, qeyd etdiyim məsələləri lazımi dövlət strukturlarına çatdırasınız. İnanmaq istərdik ki, bu halların aradan qaldırılması üçün səlahiyyətli təşkilatlar müəyyən tədbirlər görəcəklər.
Hüseyn Kazımov,
təqaüdçü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!