31 Avqust 2024 13:54
87
SİYASƏT
A- A+

Paşinyan: İrəvan Bakıya sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edib


Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı və ratifikasiya etməyi təklif edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Sülh müqaviləsinin 17 maddəsindən 13-ü, eləcə də giriş hissəsi tam razılaşdırılıb. 3 maddə qismən razılaşdırılıb. Elə maddə var ki, onun mətni böyük ölçüdə razılaşdırılıb. Biz bütün bu maddələri sülh müqaviləsi kimi imzalamağı təklif edirik. Dünən təklifimizi rəsmi Bakıya təqdim etdik”, - Paşinyan onlayn mətbuat konfransında deyib.

“Dünyada heç bir sənəd bütün mümkün sualları əks etdirə bilməz, heç bir sənəd bütün suallara cavab verə bilməz. Biz təklif edirik ki, mövcud razılaşmalar imzalansın və ratifikasiya olunsun, digər mümkün məsələlərin müzakirəsi isə davam etdirilsin. Razılaşdırılmış maddələrdə sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verən mexanizm var. Sülh sazişi imzalandıqdan sonra tərəflərin diplomatik əlaqələr quracağı gözlənilir ki, bu da məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcək”, - Ermənistanın baş naziri söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video