18 Yanvar 2022 22:06
995
PARLAMENT
A- A+

Parlamentin Regional məsələlər komitəsi 2022-ci ilin yaz sessiyası üçün iş planını açıqlayıb

 

Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Siyavuş Novruzov 2021-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib. Prezident İlham Əliyevin ötən ildə işğaldan azad olunmuş ərazilərə tarixi səfərlərini, orada Böyük Qayıdışa hazırlıq məqsədilə uğurla həyata keçirilən nəhəng bərpa və quruculuq layihələrini xüsusi vurğulayan komitə sədri yola saldığımız ili Azərbaycanın Zəfər yürüşünün davamı kimi dəyərləndirib.

O, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2021-ci ildə həyata keçirilən sistemli islahatların iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, ötən il siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, qalib ölkə, qalib xalq kimi qarşısında yeni perspektivlər açılıb.

İclasın gündəliyi barədə məlumat verən komitə sədri gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla iki məsələnin daxil edildiyini bildirib. S.Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə, həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans təşkil edib.

Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə, komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.

Bildirilib ki, həmçinin regional məsələlər komitəsi üzvləri sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə fəal iştirak ediblər, aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər. Eyni zamanda, təmsil etdikləri ərazilərdə cəmiyyətin həssas qrupları, şəhid ailələri, qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.

İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.

İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.

Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video