23 Yanvar 2023 18:51
291
PARLAMENT
A- A+

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu il üçün iş planı təsdiqlənib

 

Yanvarın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gündəliyə üç məsələnin - komitənin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək komitənin 9 iclasının keçirildiyini, 12 məsələyə baxıldığını deyib. Ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verən Fəzail İbrahimli həmçinin bildirib ki, hesabat dövründə komitəyə daxil olan 151 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb.

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara dəyişikliklərin müzakirəsi daxil edilib. Həmçinin komitəyə daxil olan təkliflərin təhlili və vətəndaşların müraciətləri ilə işin təşkili kimi məsələlər nəzərdə tutulub. Eyni zamanda, dini qurumların iştirakı ilə ictimai müzakirənin keçirilməsi də iş planına daxildir.

İclasda müzakirəyə çıxarılan “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında bildirilib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, layihədə mətn boyu “kütləvi informasiya vasitələri” kimi sözlərin “media subyektləri”, “media” kimi sözlərlə əvəz olunması təklif olunur.

Komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Anar İsgəndərov, Azay Quliyev, Azər Badamov müzakirə olunan məsələlərlə bağlı çıxış edib, fikirlərini və qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video