Parisdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının qəbirləri ziyarət edilib
Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Paris və Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun, milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, məşhur bəstəkar Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, qəbirləri üzərinə əklil qoyulub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və səfirliyin müşaviri Nigar Hüseynova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi islahatlardan söz açıblar.
Qeyd olunub ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Xalq Cümhuriyyəti qurucularının əsas məqsədi bu gənc dövləti dünyaya tanıtmaq olub. Elə bu məqsədlə də ilk Azərbaycan Respublikasını təmsil etmiş nümayəndə heyətinin üzvləri Birinci Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədi ilə çağırılan Paris Sülh Konfransında iştirak ediblər. Çıxışlarda Azərbaycan müsəlman Şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.
Sən-Klu şəhər merinin müavini Jan-Kristof Pyerson Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun vaxtilə onların şəhərində yaşamasından qürur duyduqlarını bildirib.
Həmçinin Parisdə Monparnas (Montparnasse) qəbiristanlığında dəfn edilmiş Milli hökumətin parlamentinin, eləcə də nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun, Paris ətrafında Bobinyi (Bobigny) müsəlman qəbiristanlığında dəfn edilmiş ilk hökumətin ticarət və sənaye naziri olmuş, parlamentin və nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun xatirələri yad edilərək, onların məzarları üzərinə əklil qoyulub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!