27 Noyabr 2022 01:31
516
Oxucu məktubları
A- A+

Pambıqyığan maşınlar çatmır 

 

Pambıq ağır zəhmət tələb edən bitkidir. Körpə uşaq kimi gərək qayğısına qalasan, nazını çəkəsən, suyunu, gübrəsini vaxtında verəsən, kultivasiya işlərini nəzərdə tutulan zaman həyata keçirəsən. Hələ başqa işlər də var - alaq otlarından təmizləmə, ziyanvericilərə qarşı mübarizə, ucvurma... 
Nəhayət, məhsulun yığılması gəlir. Burada da gərək yubanmayasan, yetişdirdiyin pambığı vaxtında yığasan, olmasa məhsul itkiyə gedər. Yağış, soyuq hava pambığın düşmənidir. Bir gün yağdı, sonra günlərlə sahəyə girmək olmur. 
Hava demişkən, bu il pambıqçılıq üçün çətin il oldu. Əvvəla, yazda havalar soyuq keçdi. Buna görə də səpini vaxtında apara bilmədik. Bəzi sahələr soyuğa düşdüyündən çıxış vermədi və buna görə təkrar səpin apardıq. Əkin kampaniyası əsasən mayın sonu, iyun ayının əvvəlində keçirildi. Pambıqçılar yaxşı bilir ki, bu, səpinin gecikməsi deməkdir. Səpin gecikəndə isə onun yetişmə müddəti də uzanır. Bu səbəbdən əvvəlki illərlə müqayisədə yığım ən azı 20 gün gecikdi. Digər tərəfdən oktyabrın 20-dən başlayaraq yağışlar düşdü. Düzdür, bu aramsız yağışların kənd təsərrüfatının digər sahələri, xüsusilə heyvandarlıq üçün xeyri çoxdur. Çöldə-düzdə yaxşı ot çıxır. Yazda da bir neçə dəfə yağsa, qoyunçuluq üçün əla olacaq. Amma yağışların yağması biz pambıqçıların işini yubadır. Birinci əl pambıq yığımımız hələ qalıb. Üstəlik, kombayn çatışmır. Bir yandan da günlərin qısalması işimizə mane olur. Odur ki, bəzən bütün gecəni pambıq yığırıq. Yuxarı təşkilatlar bunları nəzərə alıb növbəti il üçün pambıqyığan maşınların sayını çoxaltsalar yaxşı olar. 

Eldar CAVADOV, 
Salyan rayonu, Şorsulu kənd sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video